Biz otel, hava limanı və digər arzu olunan istiqamət üzrə transfer xidməti təşkil edirik. Ən çox tələb olunan transfer xidmətləri: mövcud səyahət paketinə uyğun və ya turistin fərdi sorğusuna əsasən olanlardır. Bu transfer xidmətləri həm individual, həm də qrup şəklində həyata keçirilir. Öz şəxsi parkımız olduğundan, biz son anda belə transfer sorğunuza tez bir zamanda reaksiya verə bilirik.
Parkımızda ölkədaxili transfer xidməti üçün geniş sayda rahat nəqliyyat vasitələri vardır. Sedan avtomobillərdən böyük avtobuslara qədər olan müxtəlif tip nəqliyyat vasitələri bizə hətta 55 nəfəri eyni anda daşımaq imkanı verir. Mövcud nəqliyyat vasitələri əsasən Mercedes və Volkswagen markalı yeni model avtomobillər, mikro-avtobuslar və avtobuslardır.